Güclü külək paytaxtda bir sıra fəsadlar törədib: Ağaclar aşıb, evlərin dam örtüyü uçub

Sadə xəbər
GÜNDƏM 03.06.2025 3034

İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb.

Saat24.Az xəbər verir ki, növbəti hadisə paytaxtın Səbail rayonu, Xaqani küçəsində qeydə alınıb.

Yol kənarındakı irigövdəli ağaclardan birinin budağı qoparaq avtomobilin üzərinə düşüb.

Nəticədə maşına ziyan dəyib.

İyunun 2-dən Bakıda müşahidə edilən güclü külək bir sıra fəsadlara yol açıb.

Belə ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində güclü külək nəticəsində evin dam örtüyü uçaraq həyətdəki üç avtomobilin üzərinə düşüb.

Nəticədə evə və avtomobillərə ciddi ziyan dəyib.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

 

Ötən gün axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, güclü külək nəticəsində ağacların aşması halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

"Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirirlər", - deyə məlumatda bildirilir.

Həmçinin bəzi küçələrdə külək zibil konteynerlərini avtomobil yollarına sürükləyərək aşırıb.

 








 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top