Baydenin əvəzinə sənədləri kimin imzaladığı məlum oldu

Sadə xəbər
DÜNYA 01.06.2025 3339

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin adından avtomatik qələmdən istifadə edərək sənədləri imzalayan dörd Ağ Ev əməkdaşının şəxsiyyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə sədri, respublikaçı Ceyms Komer deyib.

"Biz sənədləri götürən, avtomatik imzaya göndərən və Co Baydenin imzasının kağızlarda görünməsini təmin edən dörd Ağ Ev əməkdaşını müəyyən etdik. Biz onlara bu səlahiyyəti kimin verdiyini öyrənmək istəyirik", - o bildirib.

Konqresmen qeyd edib ki, avtomatik qələmə cavabdeh olan şəxslər ən mühüm sənədlərin, o cümlədən əfv və icra sərəncamlarının necə imzalanması prosesini dəqiq izah etməlidirlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top