Bakının bir qəsəbəsində suyun verilməsində fasilə yaranacaq

Sadə xəbər
CƏMİYYƏT 29.05.2025 3059

Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 30 may səhər saatlarından axşamadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top