
ABŞ-nin Texas ştatında 200 minə yaxın vətəndaş güclü qasırğa səbəbindən işıqsız qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə NWS məlumat verib.
Məlumata görə, Şərqi Triniti dairəsində 3 700-dən çox zərərçəkmiş var ki, bu da əhalinin ümumi sayının 33.2%-ni təşkil edir. Qonşu Hyuston dairəsində 3 300-dən çox insan (21%), Montqomeri dairəsində və başqa yerlərdə 38 mindən çox insan işıqsız qalıb. Ümumilikdə 197 764 abonent işıqsız qalıb.
Yerli sakinlərə indi daşqın və sel barədə xəbərdarlıq edilib. Güclü tufan və sürəti saatda 58 milə çatan şiddətli külək gözlənilir.