Əfv Sərəncamından yararlanan şəxs: "Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb"

Sadə xəbər
CƏMİYYƏT 26.05.2025 3174

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum. Cəzamın 2 il 5 ayını çəkmişəm, cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb".

Bunu Oxu.Az-a açıqlamasında Əfv Sərəncamından yararlanan Əkbər Rəhimov deyib.

O bildirib ki, bundan sonra öz işinə davam edəcək:

"Aşpaz işləyirdim. Yenidən öz işimə davam edəcəyəm. Çox sevinirəm. Cənab Prezidentə təşəkkür edirəm ki, bizi əfv edib, ailəmizə qovuşdurdu".

Mərahim Nəsib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top