
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şıxbağı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Saat24.Az xəbər verir ki,görüşdə çıxış edən RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Pərviz Hüseynov müasir dövrdə “ağ ölüm” kimi tanınan zərərli maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşı görülən qətiyyətli tədbirlərdən danışıb. Bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə geniş məlumat verən rəis müavini, keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıb.
Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Saat24.Az Coşqun Abdullayev

Saat24.Az Coşqun Abdullayev
