
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev prospekti ilə hərəkətdə olan VAZ-21011 markalı avtomobilin qəza anı əks olunub.
Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb və sürücü hadisə yerində həyatını itirib.
12:08
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd edilib ki, hadisə Şabran şəhərin H.Əliyev prospektində mayın 27-si, saat 05:10-da qeydə alınıb.
"VAZ-2101 markalı 10-ER-236 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Siyəzən şəhər sakini Rəhim Beybala oğlu Kərimov idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü kəllə-beyin travması alıb. Onun sərnişini, Şabran şəhər sakini 1997-ci il təvəllüdlü Orxan Əliyoldaş oğlu Muradov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova