Raketlə avtomobil daşımaq mümkün olacaq: Çin uğurlu sınağa imza atdı

Sadə xəbər
DÜNYA 29.05.2025 3240

Çinin kosmik texnologiya şirkəti "Space Epoch" ötən il dünya üzrə sürətli məhsul çatdırılması üçün "Alibaba Group Holding" şəbəkəsi ilə bağladığı əməkdaşlıq çərçivəsində 29 may tarixində "YXZ-1" daşıyıcı raketinin ilk sınağını uğurla həyata keçirib.

Sınaq zamanı raket 2.5 kilometr yüksəklik qazanaraq, daha sonra okeana eniş edib. Uçuşun ümumi müddəti 125 saniyə davam edib.

"YXZ-1" daşıyıcı raketinin gövdəsi paslanmayan poladdan hazırlanıb və çoxistifadəli mühərriklərlə təchiz olunub. Raketin yük bölməsi 10 ton tutuma malikdir, həcmi 120 kubmetr, diametri isə 4.2 metrdir. Bu texniki göstəricilər sayəsində raket yalnız kiçikhəcmli yükləri deyil, eyni zamanda avtomobilləri də daşıya biləcək.

"Space Epoch"un bu addımı gələcəkdə məhsulların qlobal miqyasda raketlərlə çatdırılmasını reallığa çevirmək yolunda mühüm mərhələ hesab olunur.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top