
Saat24.Az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon “İnşaatçılar pr. 98” (“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” adlı tədbirdə iştirak etdim.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının və Yasamal RİH-in əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Cümhuriyyət xalqımızın milli özünüdərkinə və dövlətçilik ənənələrinin formalaşmasına böyük töhfə vermişdir. Onun siyasi varisi olan Azərbaycan Respublikası isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndər müstəqil dövlətimizin möhkəm təməllərini yaratmış və milli maraqları qətiyyətlə qorumuşdur.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xalq Cümhuriyyətinin ideallarına sadiq qalan müasir Azərbaycan böyük uğurlar və tarixi zəfərlərlə yoluna davam edir.
