Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin Azərbaycanda keçirilməsini dəstəkləyir

Sadə xəbər
SİYASƏT 23.05.2025 3255

Ermənistanın baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 2028-ci il Zirvə toplantısının Azərbaycanda keçirilməsini dəstəklədiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bunu baş nazir "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib:

"Mən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - Paşinyan yazıb.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top