
Mayın 13-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Tədbiri açan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı müzakirə ediləcək.
Komitə sədri çıxışında insan alveri ilə mübarizə üzrə beynəlxalq mexanizmlərin təşəkkülündən söz açıb, Azərbaycanda bu cinayət növünə qarşı mübarizə üzrə beynəlxalq hüququn və mexanizmlərin tətbiqindən danışıb. O, insan alverinə qarşı həm milli, həm də qlobal müstəvidə mübarizənin zəruriliyini vurğulayaraq bildirib ki, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib. Komitə sədri Azərbaycanın bu sahədə gördüyü işlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirildiyini deyib.