Ceyhun Bayramov İstanbula işgüzar səfərə yola düşüb

Sadə xəbər
SİYASƏT 20.06.2025 3211

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Saat24.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazirin həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top