Qrossi: "BAEA İranın nüvə silahına malik olmayacağına zəmanət verə bilər"

Sadə xəbər
DÜNYA 20.06.2025 2998

"Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər".

Saat24.Az TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının İran və İsrail arasında gərginliyə dair fövqəladə iclasında BAEA rəhbəri Rafael Qrossi deyib.

"Lazımi siyasi iradə olarsa, diplomatik həll mümkündür. Razılaşmanın elementləri müzakirə olunub və BAEA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, sülh gətirəcək və Yaxın Şərqdə nüvə böhranının qarşısını alacaq uzunmüddətli razılaşma üçün əsas ola bilər", - o vurğulayıb.

Qrossinin fikrincə, belə bir ehtimalın alternativi olan uzun sürən münaqişə və Yaxın Şərqdən gələn nüvə silahının yayılması təhlükəsi bütövlükdə nüvə silahının yayılmaması rejimini sarsıdacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top