
ABŞ Prezidenti Donald Tramp əvvəlcə İsrailin İran ərazisində əməliyyat keçirməsinin əleyhinə olsa da, sonradan bununla razılaşıb.
Saat24.Az-ın xəbərinə görə, bu barədə NBC telekanalı məmurlara istinadən məlumat yayıb.
"Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına qarşı çıxaraq, bombardmanların yerinə danışıqlara üstünlük verirdi.
Lakin zərbələr başlamazdan bir neçə gün əvvəl o əmin oldu ki, İranın uranın zənginləşdirilməsi imkanları ilə bağlı İsrailin artan narahatlığı haqlıdır", - deyə məlumatda bildirilir.