Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sadə xəbər
GÜNDƏM 20.06.2025 2847

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeraltı ortatəzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədilə 21.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Saat24.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top