Azərbaycan klubu Yassin Benzianın komanda yoldaşını transfer edib

Sadə xəbər
GÜNDƏM 01.07.2025 2843

Avropa Liqasında debüt edəcək "Sabah" klubu "Qarabağ"la yollarını ayıran Yassin Benzianın Əlcəzair millisindəki komanda yoldaşını transfer etmək qərarına gəlib.

Saat24.Az "Sportinfo"ya istinadən xəbər verir ki, bunadək Akim Zedadka ("Pyast", Polşa) və Stiv Solveti ("Martiq", Fransa) sıralarına qatmış Azərbaycan Kubokunun sahibi yenə ölkə xaricinə üz tutub.

Masazır təmsilçisi Zinədin Uld Xaledlə anlaşıb. 25 yaşlı əlcəzairli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

2020-ci ildən ölkəsinin əsas millisinə dəvət olunan və bu müddətdə 42 oyuna çıxaraq bir qol vuran orta sahə oyunçusu son mövsümdə Fransada "Anje"nin formasını geyinib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top