
Rusiya məhkəməsi Yekaterinburqdakı insidentlə əlaqədar saxlanılan soydaşımız Bakir Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçərək, onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Saat24.Az bu barədə TASS agentliyinə istinadən məlumat verib.
Xatırladaq ki, Bakir Səfərov Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də keçirdiyi reyd nəticəsində saxlanılıb.
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
Saat24.Az APA-ya istinadən xəbər verir ki, B.Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.