Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirib

Sadə xəbər
SİYASƏT 18.05.2025 3220

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

Saat24.az İRNA-ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər dəhliz yolları və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Hikmət Hacıyev hal-hazırda Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda rəsmi səfərdədir.

XƏBƏR LENTİ
17.05.2025 2417
17.05.2025 3272

DİGƏR XƏBƏRLƏR

Loading
Top