
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.