
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev
Ədliyyə Naziri
cənab Fərid Turab oğlu Əhmədova
Ərizə
Mən, Sadıqov Rauf Əbil oğlu, bildirirəm ki, Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh Məmmədov Kənan Rasim oğlundan mənim xeyrimə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Lakin bu günə qədər həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.
Qeyd etmək istəyirəm ki, qərarın icrası ilə bağlı dəfələrlə Nərimanov Rayon İcra Şöbəsinə müraciət etmiş, həmçinin şöbənin rəhbərliyi ilə görüşlər keçirmişəm. Təəssüf ki, müraciətlərimə baxmayaraq, heç bir icra tədbiri görülməmiş, nəticə etibarilə qətnamənin yerinə yetirilməsi təmin olunmamışdır.
Cavabdeh Kənan Məmmədov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən iki dəfə 15 sutka müddətinə inzibati həbs qərarı çıxarılmışdır. Lakin bu tədbirlər belə onun qanuni öhdəliklərindən boyun qaçırmasının qarşısını almamışdır. Cavabdeh bildirib ki, icra orqanı ilə məsələni qeyri-rəsmi şəkildə həll etmişdir( rüşvətlə).
Əlavə olaraq, cavabdehin yaxın qohumlarından biri olan vəzifəli şəxsin onun məsuliyyətdən yayınmasına şərait yaradıb və müxtəlif dövlət qurumlarına təsir göstərib. Bundan başqa, cavabdeh tərəfindən mənə qarşı bir neçə dəfə təhdid xarakterli hərəkətlər həyata keçirilmişdir. O, mənzilimi və avtomobilimi yandıracağı ilə hədələyən mesajlar göndərmişdir. Bu mesajlar tərəfimdən sübut kimi saxlanılmışdır. Həmçinin cavabdeh bir neçə nəfəri üzərimə göndərərək fiziki təzyiq və hədə-qorxu yolu ilə mənə təsir göstərməyə cəhd etmişdir.
Bu hallar barədə müvafiq dövlət orqanlarına və İcra Baş İdarəsinə dəfələrlə müraciət etmiş, o cümlədən İcra Baş İdarəsinin rəisi cənab Vidadi Məmmədovun qəbulunda olmuşam. Təəssüf ki, bu müraciətlərin heç biri nəticə verməmişdir.
Mən, bir Azərbaycan vətəndaşı, cəbhə bölgəsindən məcburi köçkün və veteran ailəsinin üzvü olaraq, hüquqlarımın bu şəkildə pozulmasından dərin narahatlığımı ifadə edirəm. Qətnamənin uzun müddət ərzində icra olunmaması, cavabdehin məsuliyyətdən yayınması və hədə-qorxu xarakterli davranışları qanunvericiliyin ciddi pozuntusudur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Məmmədov Kənan Rasim oğlunun məhkəmə qətnaməsinin icrasından yayınmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunması üçün müvafiq istintaq orqanlarına göstəriş verilməsini və bu işin nəzarətə götürülərək, qanun çərçivəsində tədbirlərin görülməsini xahiş edirəm.
Əlavə olaraq bildirirəm ki, qeyd olunan hallara dair bütün sübut və yazışmalar tərəfimdən təqdim oluna bilər.
Hörmətlə,
Sadıqov Rauf Əbil oğlu
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
