
2025-ci ilin aprel ayında Bakı şəhəri 31 nömrəli tam orta məktəbində həyata keçirilən “Özünüifadə Sənəti” layihəsinin bağlanış mərasimi keçirildi. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində “Öndə Gənclər” İctimai Birliyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə uğurla icra olunub.
Bakues.az xəbər verir ki, bağlanış mərasimində layihə iştirakçıları – 14-15 yaşlı 24 məktəbli – təlim müddətində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirdilər. Gənclər öz çıxışlarında bədən dili, emosiyaların ifadəsi, təqdimat bacarığı və liderlik kimi mövzularda təqdimatlar edərək özünüifadə sahəsində əldə etdikləri inkişafı nümayiş etdirdilər.
Təlimləri karyera inkişafı üzrə ekspert Fərhad Abdulov və gənc aktyor, diksiya mütəxəssisi Fərid Bağırov aparıblar. Layihə rəhbəri Zülfiyyə Rəsulova mərasimdə çıxış edərək bildirib ki, bu təşəbbüs gənclərin gələcək təhsil və peşə həyatlarında uğur qazanmaları üçün mühüm mərhələdir:
“Biz bu layihə ilə gənclərə yalnız danışmağı deyil, həm də özlərini dinlətməyi, hiss etdiklərini ifadə etməyi və cəmiyyətdə fəal iştirak etməyi öyrətməyə çalışdıq.”
Mərasimdə şagirdlər, müəllimlər, də iştirak ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və onların gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
“Özünüifadə Sənəti” layihəsi sübut etdi ki, gənclərə yaradıcı yanaşma və düzgün istiqamətləndirmə onların inkişaf potensialını daha da gücləndirə bilər.
Bizim Youtube kanalımıza abunə olun