Hindistan ordusu ağ bayraq qaldırdı

Sadə xəbər
DÜNYA 07.05.2025 4546
Saat24.az: - Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.

"Report”un xəbərinə görə, bu barədə "Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.
 
XƏBƏR LENTİ
05.05.2025 2934

DİGƏR XƏBƏRLƏR

Loading
Top