Yanıq xəsarətləri alan bir yaşlı körpənin əməliyyat olunması üçün 500 manat çatmır

Sadə xəbər
CƏMİYYƏT 08.05.2025 3268

Bir yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aidə Həsənova məlumat verib.

O bildirib ki, övladı yanvarın 9-da ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:

"Fatimənin bir yaşı var. O, yanvarın 9-da qaynar yemək dolu qazanı üzərinə dartıb. Hadisə nəticəsində Fatimənin qolu və ayağı ağır yanıq xəsarətləri alıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət xəstəxanada qaldıqdan sonra evə qayıtdıq.

Müalicələrimizə evdə davam etdik. Fatimənin yaraları sağalmadığı üçün həkimlər mütləq dəriköçürmə əməliyyatı etməli olduğumuzu deyirlər. Bunun üçün isə 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (055) 659-40-93.

"UniBank": 5243 7544 3801 6329.

 






 
XƏBƏR LENTİ
05.05.2025 2952

DİGƏR XƏBƏRLƏR

Loading
Top