Yeni mövsümdən Misli Premyer Liqası, I və II Liqalarda çıxış edəcək klublar bəlli olacaq

Sadə xəbər
idman 06.05.2025 2977

Növbəti mövsüm Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların adlarının nə vaxt açıqlanacağı bəlli olub.

Oxu.Az xəbər verir ki, mayın 8-də Lisenziya Qrupunun toplantısı keçiriləcək.

Həmin yığıncaqda lisenziyalaşdırma prosesinin nəticələri barədə məlumat veriləcək. Yeni mövsümdən Premyer Liqada iştirakçı sayı 10-dan 12-yə çatdırılacaq. I Liqadan buraya birbaşa üç komanda gələcək.

"Qəbələ", "İmişli" və "Karvan" ilk üç yerin sahibi kimi elitaya vəsiqə qazanıb. II Liqadan isə "Şahdağ Qusar", "Şəfa" və "Şimal" bu hüquqa yiyələnib.

XƏBƏR LENTİ
05.05.2025 2934

DİGƏR XƏBƏRLƏR

Loading
Top