PSJ-nin finala çıxması "Qarabağ"ı təsnifata yüksəltdi

Sadə xəbər
idman 08.05.2025 3451

"Qarabağ" Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Oxu.Az İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu PSJ-nin finala yüksəlməsindən sonra bu hüququ əldə edib.

Finalda qarşılaşacaq "İnter"lə PSJ Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Bu da o deməkdir ki, turnirin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.

Belə olduğu üçün Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksəlib. Bu da Yunanıstan çempionu "Olimpiakos"dur.

2-ci təsnifat mərhələsində bir komandanın azalması isə ilk raundda oynamalı olan klublara təsir edib. Buradan iki ən reytinqli komanda növbəti mərhələdə iştirak hüququ qazanıb. Yalnız "Slovan"la (33.500) müqayisədə reytinqi aşağı olan "Qarabağ" (32.000) ikinci nəticə ilə ilk raunddan azad edilib.

XƏBƏR LENTİ
05.05.2025 2952

DİGƏR XƏBƏRLƏR

Loading
Top