
"Kristal Pelas" "Lion" klubu ilə eyni sahibkarın olduğu üçün avrokuboklardan qovulma təhlükəsi ilə üz-üzə qalıb.
Saat24.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, əvəzində Avropa Liqasında "Nottingem Forest" çıxış etmə hüququna yiyələnə bilər.
"Brayton" isə Konfrans Liqasında mübarizə aparmaq şansı qazanacaq.
"Lion" klubu avrokuboklardan qovulmaq təhlükəsi altında deyil, çünki yerli liqanı "Kristal Pelas" klubundan daha yüksək pillədə bitirib.
"Kristal Pelas" rəhbərliyi bu problemi həll etmək üçün UEFA nümayəndələri ilə görüşəcək.
Amerikalı iş adamı John Tekstorun "Eagle Football Holdings" şirkəti hər iki klubun sahibidir.