Azərbaycanlı hakim dünya çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək

Sadə xəbər
idman 08.06.2025 3181

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Oxu.Az xəbər verir ki, o, futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya - Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Görüş iyunun 10-da Leskovat şəhərində yerləşən "Duboçitsa" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top