
Türkiyə Superliqasının aparıcı klublarından biri "Beşiktaş" cari çempionatın son oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, 38-ci turda İstanbul klubu səfərdə "Bodrum"un qonağı olub.
"Qartallar" meydan sahiblərinin qapısından 4 cavabsız top keçiriblər - 0:4.
Beləliklə də, "Beşiktaş" 62 xalla mövsümü 4-cü pillədə tamamlayıb və UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak hüququ qazanıb. Onun rəqibi isə 37 xalla turnir cədvəlində 16-cı yerdə qərar tutmaqla aşağı diviziona düşüb.