Rubio Hindistan-Pakistan münaqişəsinin həllində kömək təklifi etdi

Sadə xəbər
DÜNYA 10.05.2025 3097

ABŞ dövlət katibi Marko Rubio mayın 9-da Pakistan ordusunun baş qərargah rəisi, general Asim Munirlə telefon danışığı zamanı Hindistan-Pakistan münaqişəsinin həllində ABŞ-nin yardımını təklif edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun yazılı bəyanatında bildirilib.

"Rubio bu gün telefonda Pakistan ordusunun rəisi Asim Munirlə danışıb. O, hər iki tərəfi gərginliyi azaltmağın yollarını tapmağa çağırıb və gələcək münaqişələrin qarşısını almaq üçün konstruktiv danışıqların təşkilində ABŞ-nin yardımını təklif edib", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan ordusunun nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan hökuməti "Banyan ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top