Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Manşet
SİYASƏT 10.05.2025 3873
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və nazirliklərin əməkdaşları, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və səfirliyin işçiləri Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

11:19

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Oxu.Az xəbər verir ki, baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də təmsil etdikləri qurumların əməkdaşları Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

10:36

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.

Oxu.Az xəbər verir ki, Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və rəhbərlik etdikləri qurumların əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

10:02

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlət qurumlarının rəsmiləri dahi şəxsiyyətin xatirəsini anırlar.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvləri Ramil Usubov və Mədət Quliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Həmçinin səhiyyə naziri Teymur Musayev, energetika naziri Pərviz Şahbazov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, eləcə də təmsilçisi olduqları qurumların üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini məzarı başında yad ediblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin xatirələri anılıb, məzarları üzərinə tər çiçəklər qoyulub.

09:15

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.

Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov, həmçinin rəhbərlik etdikləri qurumların əməkdaşları ulu öndərin xatirəsini hörmətlə anıb, məzarı üstünə çiçək dəstələri düzüblər.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top