ABŞ ordusu Ermənistana gəlir

Sadə xəbər
DÜNYA 16.05.2025 3328
Ermənistanda yayınlanan ORAGIR.NEWS saytı yeni iddia ilə çıxış edib.

"Saat24.az" xəbər verir ki, sayt ABŞ ordusu və ona məxsus hərbi texnikalar artıq Ermənistana daşınmağa başlayıb.

Belə ki, bu addımın ABŞ birgə hərbi təlimlər keçirmək məqsədilə atıldığı qeyd edilib. “Almaniyadan Ermənistana müvəqqəti olaraq hərbi texnika və nəqliyyat vasitələrini daşımağı planlaşdırır. Hərbi kontingent Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Çar Atıcılıq Poliqonuna, eləcə də Armavir təlim mərkəzinə köçürülməsi həyata keçiriləcək”.

Sayt qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələri, generatorlar və konteynerlər də daxil olmaqla 151 ədəd texnikanın daşınması planlaşdırılır. “Köçürmə iyul-avqust aylarında Gürcüstan üzərindən baş tutacaq”.
 
XƏBƏR LENTİ
17.05.2025 2414
17.05.2025 3270

DİGƏR XƏBƏRLƏR

Loading
Top