
Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı, Zabux və Sus kənd tam orta məktəblərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Saat24.Az-ın məlumatına görə,çıxış edən rayon polis şöbəsinin rəisi polis polkovniki Adil Əsədov narkotikin insan səhhətinə və zehninə vurduğu ağır fəsadlardan bəhs edib. Şagirdlərə sağlamlıqlarına diqqət yetirmələri və mükəmməl təhsilə yiyələnmələri tövsiyə olunub.
Tədbirdə son zamanlarda artan kibercinayətkarlıq halları haqqında da danışılıb. Bu kimi cinayətkarlıq hallarına məruz qalmamaq üçün təhlükəsizlik tədbirlərinin vacibliyi vurğulanıb.
Həmçinin Polis
Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait barəsində geniş məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Saat24.Az Coşqun Abdilullayev

Saat24.Az Coşqun Abdilullayev
