Premyer Liqa: "Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi

Sadə xəbər
idman 18.05.2025 3075
 

Misli Premyer Liqasının XXXV turuun yekun matçında "Qarabağ" "Kəpəz"i məğlub edib.

Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan turun bağlanış görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birinci pillədədir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəldən rəsmiləşdirib. 32 xala malik gəncəlilər səkkizincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" "Səbail" kollektivini 3 cavabsız qolla üstələyib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

 




























 

Anar Həsənov

19:30

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

10:12

Misli Premyer Liqasının XXXV turunda bu gün ölkə çempionu "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, "Azersun Arena"dakı oyun saat 19:00-da başlayacaq.

Görüşün final fitinin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.

83 xala malik "köhlən atlar" qızıl medalları təmin edib. 32 xalla səkkizinci olan gəncəlilər isə Premyer Liqada qalacağını ötən turdan rəsmiləşdiriblər.

Günün ikinci matçı "Neftçi" və "Səbail" arasında gerçəkləşəcək. Saat 17:00-da start götürəcək qarşılaşma "Neftçi Arena"da oynanılacaq.

"Ağ-qaralar" 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

"Qarabağ" - "Kəpəz" oyununda olduğu kimi bu görüşdə də qeydə alınacaq istənilən nəticə iki klubun turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.

Misli Premyer Liqası

IV dövr, XXXV tur

18 may

17:00. "Neftçi" - "Səbail"

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

"Neftçi Arena"

19:00. "Qarabağ" - "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Azərsun Arena"

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

XƏBƏR LENTİ
17.05.2025 2419
17.05.2025 3274

DİGƏR XƏBƏRLƏR

Loading
Top