
Misirin Şarm əl-Şeyx hava limanında reklam lövhəsi iki sərnişinin üzərinə aşıb.
Saat24.az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, insident sərnişinlərin Astana reysinə minməsi zamanı baş verib.
Zərərçəkənlərdən biri sağ qalmayıb, ikincisi isə ağır kəsik yaraları alıb. Hər ikisinin Qazaxıstan vətəndaşı olduğu bildirilir.