Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sadə xəbər
CƏMİYYƏT 18.05.2025 3488

Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən mayın 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Oxu.Az-a bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Saatlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan MR-də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Tovuz, Samux, Ağstafa, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevir, Naftalan, Goranboy, Qobustan, Neftçala, Hacıqabul və Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

XƏBƏR LENTİ
17.05.2025 2419
17.05.2025 3274

DİGƏR XƏBƏRLƏR

Loading
Top