Jalə Əliyeva Ucar rayonunda növbəti səyyar qəbulunu keçirib-Foto

Sadə xəbər
CƏMİYYƏT 14.05.2025 3789
Saat24.Az xəbər verir ki,Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məzələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunda növbəti səyyar qəbulunu keçirib. Rayonun Xələc kəndində keçirilən qəbulda həm Xələc, həm də Lək kəndlərindən olan sakinlər iştirak ediblər. Millət vəkili, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən böyük quruculuq işlərindən danışıb, sosial-iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərdən söhbət açıb. Hər iki kəndin sakinləri ərazi üzrə əsas infrastruktur layihələrinin tam həcmlə həyata keçirildiyini bildirərək, görülən işlər üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qəbul iştirakçıları millət vəkilindən hazırda tək problem olaraq qalan aşınmış elektrik xətlərinin və dirəklərin yenilənməsi prosesinin tezləşdirilməsinə köməklik göstərməsini xahiş ediblər.
XƏBƏR LENTİ
12.05.2025 2293

DİGƏR XƏBƏRLƏR

Loading
Top