
Türkiyənin Bilecik vilayətində təlim təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin Bursadan havaya qalxdığı vurğulanır.
Saat24.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.
Təyyarəni idarə edən 22 yaşlı qadın pilot D.K. texniki nasazlıq səbəbindən boş əraziyə məcburi eniş etməyə cəhd göstərib. Lakin bu zaman təyyarə idarəetməni itirərək tərsinə çevrilib və qəzaya uğrayıb .
Dərhal əraziyə təcili yardım xidməti cəlb olunub. Yaralı pilot ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Hadisə yerində jandarma tərəfindən təhlükəsizlik tədbirləri görülüb, araşdırma aparılır.