“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Laçında yeniyetmə və gənc sakinlərin asudə vaxtlarının səmərəli təşkili layihəsini uğurla icra etmişdir

Sadə xəbər
CƏMİYYƏT 04.06.2025 2936

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Laçında yeniyetmə və gənc sakinlərin asudə vaxtlarının səmərəli təşkili layihəsini uğurla icra etmişdir.

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Laçında yeniyetmə və gənc sakinlərin asudə vaxtlarının səmərəli təşkili” layihəsi çərçivəsində 2-3 iyun 2025-ci il tarixlərində Laçın şəhərində kompleks tədbirlər təşkil edib.

İlk olaraq Laçına köçürülən və orada  yaşayan uşaq, yeniyetmə və gənclərin Laçına adaptasiya olmaları və onların asudə vaxtlarinin səmərəli təşkil olunması məqsədi ilə onlar arasında dəyirmi masa təşkil edilib. Dəyirmi masada İctimai Birliyi sədri Durna Vəliyeva Layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı Laçının tarixi, təbiəti və şəxsiyyətləri haqqında gənclərə geniş məlumat verib.

”Xeberaz.info” xəbər verir ki, tədbirə qonaq qismində qatılan Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Laçın rayon Sus kənd tam orta məktəbin direktoru Dünarə Əbdürəhimova və  Laçın şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova çıxış edərək bildirmişlər ki, Laçının azad olunmasından sonra bu torpaqlarda yenidən həyat başlayıb. Bu torpaqlara yenidən nəfəs verən, burada gələcək quran insanlar arasında siz – gənclər – xüsusi yer tutursunuz.

Çünki siz bizim sabahımızsınız. Siz bu torpaqların qoruyucuları, inkişaf etdiriciləri, mədəniyyətini və ənənələrini yaşadacaq olan gələcəyin sahiblərisiniz.

Bizlər Azərbaycanın ən şanlı tarixini yaşayırıq.

28 may Müstəqillik Günü” nü Cənab Prezidentimiz İlham Əliyevin Laçında qeyd etməsi və bu tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  və Pakistan Respublikasının Baş Naziri Şahbaz Şərifin qatılması bizləri həm sevindirdi, həm də duyğulandırdı. Bizlər bu tarixin canlı şahidləriyik.

Laçında yenidən məskunlaşan ailələrin övladları olaraq siz həm xüsusi bir missiyanı daşıyırsınız, həm də unikal imkanlara maliksiniz. Bu torpaqların hər daşı, hər qarışı tarixdir, yaddaşdır. Bu yaddaşı qorumaq, onu gələcək nəsillərə ötürmək və üzərinə yenisini yazmaq sizin vəzifəniz olacaqdır.

Daha sonra gənclər arasında “Zəfər tariximiz” adlı intellektual bilik, “Bura vətəndir” adlı şeir, Laçın təbiətinin gözəlliklərini əks etdirən foto müsabiqələri, oğlanlar arasında və qızlar arasında 3×3 baksetbol idman növü üzrə idman yarışları təşkil edilib. Qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bilik yarışmasının iştirakçılarına üzərində Agentliyin və Birliyin loqoları əks olunan köynəklər verilib.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top