
Türkiyədə Muğla şəhərinin Datça rayonundan 253.43 km məsafədə, Egey dənizində yerləşən Krit adasında 5 bal gücündə zəlzələ baş verib.
Saat24.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) sosial media hesabında məlumat verib.
Məlumata görə, saat 14:26-da baş verən zəlzələ 5.39 km dərinlikdə qeydə alınıb.