Mən peşəkar yazıçı deyiləm. Amma buna baxmayaraq sovet dövründə bir neçə əsərim çap olunmuş, “ Ürəklər bir olanda”, Yaxın meridian” və “Gecələr uzanaydı” pyeslərim dövlət teatrlarında, o cümlədən Moskvada Mayakovski Teatrında tamaşaya qoyulmuşdur. Sonralar müəyyən səbəblərdən bu sənətdən və bədii yaradıcılıqdan uzaqlaşdım. Uzun illərdən sonra Facebookda Xalidə Hicra imzası ilə klassik üslubda yazılan şeirlərə rast gəldim. Klassikanı sevdiyimdən bu poetik nümunələr o qədər xoşuma gəldi ki, kiçik rəylər yazıb öz fikir və düşüncələrimi bildirdim. Beləliklə, müasir canlı klassik şairimiz Xalidə Hicranın oxucusuna çevrildim və nəhayət, bir neçə ildən sonra onun həyat və yaradıcılığından bəhs edən “ Xalidə Hicran” və “ Hikmət xəzinəsinə gedən yol”əsərlərini yazıb çapa hazırladım. Bu gün “ Hikmət xəzinəsinə gedən yol” kitabından “ Fəzilət şairi Xalidə Hicran” bölümünü hörmətli “DOĞRUXƏBƏR.Az” saytında hissə - hissə istəkli oxucularımızın diqqətinə çatdırıram.
Poetik janrından asılı olmayaraq Xalidə Hicranın bədii təfəkküründən süzülüb gələn və iffət,ədəb,əxlaq, təqva iman,sevgi və nəhayət,təsəvvüf və irfan kimi yüksək dəyərləri özündə səciyyələndirən əsil poeziya inciləri və nümunələri oxucularda gözəl hisslər və duyğular aşılayıb onları ruhən qidalandırır,həm də yalnız bədii və estetik zövqlərini oxşamış,eyni zamanda bir fikir, bir düşüncə kimi onların köməyinə və imdadına çatır,fədakarlığa səsləyir.
Məlumdur ki,gözəllik,xoş hisslər və duyğular insan psixologiyasına, əxlaqına,əhval-ruhiyyəsinə,yaşam tərzinə təsir göstərir,həyat eşqini,mübarizə əzmini daha da artırır. İstedadlı bir şair kimi Xalidə Hicranın qələmə aldığı və yaratdığı poetik incilər insanlarda həyatın mənasını başa düşməkdə,özünü dərk etməkdə,öz “mən”in əhəmiyyətini,mənasını və yerini düzgüm müəyyənləşdirməkdə kömək edir,yardımçısına çevrilir. Bu poetik duyğuların yaratdığı gözəlliyi seyr etdikcə insanda həyata məftunluq,şadlıq,sevinc hissləri oyanır,böyük nikbinlik yaranır. Bu söz incilərinin təsiri yalnız bunlarla qurtarmır,oxucularda daha çox mənəvi yüksəklik,büllur kimi saflıq,həyatı gözəlləşdirmək arzusu doğurur. Bütün bunlar fəzilətə gedən yolun qarşısında geniş üfüqlər açır,ürəklərdə başqa insanlara sevgi,məhəbbət,xeyirxahlıq duyğuları oyadır.Yəni Xalidə Hicranın sevimli oxucularına aşılmaq istədiyi dəyərlər,gözəllik,təmizlik,saflıq,səmimiyyət,sədaqət,ləyaqət,şəfqət,hörmət,xeyirxahlıq fəzilətə aparan yoldur.Fransız filosofu Pol Anri Holbaxın təbirincə desək “Fəzilət cəmiyyət halında yaşayan insanlara həqiqətən və daim faydalı olan bir şeydir.Ən yüksək fəzilətlər o şeylərdir ki,bunlar insana ən böyük və daimi üstünlüklər verir.Fəzilətli adam o adamdır ki,onun hərəkətləri həmişə insanların rifahını yaxşılaşdırmaq məqsədi güdür.Fəzilətli olmaq insanları ,cəmiyyəti sevmək,taleləri bizimlə əlaqədar olan adamların xoşbəxtliyinə çalışmaq deməkdir” (P.A.Holbax Seçilmiş əsərləri 1cild,Moskva,1963, səhifə 166.)
Əgər sevimli oxucuların yadındadırsa biz yuxarıda Xalidə Hicranın böyük bir fəzilət sahibi olduğunu və bu əxlaqi fəzilətləri öz yaradıcılığında tərənnüm etdiyini vurğulamış və söz vermişdi ki,əsərin sonunda bu barədə qismən də olsa bir qədər geniş yazacağıq.Çünki Xalidə xanım həmişə, hər zaman janrından, mövzusundan asılı olmayaraq bu ana xətti gözləmişdir.Onun yaratdığı gözəllik insanlarda sevgi,məhəbbət,xeyirxahlıq yaradan,onları bir sıra yad meyllərdən,qəbahətli hisslərdən yayındıran,başqalarının kədəri ilə kədərlənmək,sevincini öz sevinci hesab etmək qabiliyyətini dərinləşdirən və belə xeyirxah vərdişlərə alışdıran dərin məna və məzmun kəsb edən fəzilətdir. Qədim yunan fəlsəfəsində dörd fəzilət həmişə diqqət mərkəzində olmuşdur ki,bunlar Xalidə Hicran poetik yaradıcıllığının əsas mədəniyyətini,fəlsəfəsini təşkil edmişdir.Bu fəzilətlər müdriklik,cəsarət,ədalət və mötədillikdir.Böyük Sokratın (eramızdan əvvəl 469-399) fəlsəfəsində müdriklik bütün fəzilətlərin başında durur.Onun fikrincə,bilik fəzilətə,fəzilət isə xoşbəxtliyə aparan yoldur.Həzz dalınca qaçmaq,mal-dövlətə,sərvətə meyllənmək fəzilət deyildir. Həzz insanı kölə edir,rəzil hala salır.Zəhmət,sıxıntı,çalışmaq həzzdən min dəfə yaxşıdır.Heç kəs və heç nə tərəfindən təhdid edilməyən geniş mənalı azadlıq həqiqi fəzilətdir.Platon insanları üç qrupa bölərdi: səərvəti,şərəfi və biliyi seçənlər.Xalidə xanımın lirik qəhərəmanları şüurlu sürətdə sərvəti deyil,həmişə,hər zaman şərəf və biliyi üstün tuturlar. Bunun üçün insanın özünü,həyatı dərk etməsi çox vacibdir.Özünü,həyatı düzgün dərk edən adam yaxşı bilir ki,sərvət,hakimiyyət heç də əsl xoşbəxtlik deyil. Özünə hakimlik bilmək,müvazinətini saxlaya bilmək xoşbəxtliyin mühüm şərtlərindən biridir. Demokrit (460-370) müdrikliyi,biliyi,əsas fəzilət sayırdı. Onun fikrincə, fəzilətin insan həyatında əsas rolu xarakteri tənzim etməkdən ibarətdir. Demokritə görə: ”Ən böyük qələbə insanın öz üzərindəki qələbədir.”Əgər bir az da sadələşdirilmiş formada desək,fəzilət ağılın düzgün işlədilməsidir.Əxlaqi fəzilətin əsas ölçüsü düşüncə və niyyətdir.Çünki fəziilətin özü qeyd-şərtsiz düşüncəyə bağlıdır. Buna görədə Xalidə Hicran bütün şeirlərində,bu istər qəzəllərində ,məsnəvilərində, istərsə də digər poetik numunələrində olsun, həmişə, hər zaman, öz oxucularını məhz ağlın,düşüncənin hökmü ilə hərəkət etməyə səsləyir.”Hikmət xəzinəsi”nin birinci cildinin əvvəlində Xalidə Hicran yazır:
Ey sözüm, qoy hikmətin ağılla idrak olsun,
Ağıllılar oxusun, qəlblərinə nur dolsun.
**
Sözümə söz demərəm, bir mənası olmasa,
Deyiləndə insanı düşüncədə qoymasa.
**
Mənə gülmə, oxucum,oxu ki, anlayasan,
Axtardığını tapıb,həyatı qavrayasan
**
Və yaxud:
Sən məsləhət dinləyib, onları qəbul eylə,
Tək dinləməklə qalma, onlara əməl eylə.
**
3. Nə qədər bilsən də sən, hələ yetərli deyil,
Hər gördüyünü öyrən,nə öyrənə bilərsən.
**
Anlamadıqlarını bilənlərdən soruş sən,
Bilmədiyin sormasan nə öyrənə öyrənərsən?
**
Qaçma elmdən uzaq, düşmə kitabdan qaçaq,
Yaxınlaş kitablara, oxu sən varaq-varaq.
**
Elmsiz cahil olub ömür yaşamaqdansa,
Ağıl dəryası olub, şərəfli ömür yaşa.
Aristotel (e.ə. 384-322) fəzilətləri iki qrupa ayırır. Əxlaqi fəzilətlər (cəsarət, comərdlik,ürəkaçıqlıq,nəzakətlilik, məhəbbət, dostluq, ədalət) və əqli fəzilətlər (elm, ağıl, müdriklik, kamillik). Hər iki qrupa daxil olan fəzilətlər Xalidə Hicran yaradıcılığının üzərində günəş kimi parlayıb ətrafa nur çiləyir. O, yalnız əqli fəzilətlərlə oxucularını elmə, ağla, kamala, müdrikliyə, bir sözlə, əqli inkişafı yüksəltməyə səsləmir, eyni zamanda əxlaqi fəzilətlərə, hisslərin tərbiyəsinə də geniş yer verir və bəlkə də deyərdim ki, bu sahəyə xüsusi dəiqqət ayırır.Çünki Xalidə xanım çox gözəl bilir ki, təfəkkürün, ağlın düzgün inkişafı üçün həm ağlın, həm də hisslərin hərtərəfli inkişafı mütləq vacibdir.Məhz buna görə də o, insanlarda, sevimli oxucularında yalnız ağıllı, bilikli, fiziki mükəmməliyi deyil, eyni dərəcədə iradə, hiss və emosiyaların hərtərəfli inkişafına səy göstərir.Xalidə Hicran poetik yaradıcılığının fəziləti, mən deyərdim ki, bu müəllifin özündən gəlmə bir keyfiyyətdir ki, o, insanları ahəngdar, hərtərəfli bir şəxsiyyət kimi başqa şərtlərlə yanaşı, yəni digər fəzilətlərlə yanaşı çox zəngin hislərə, emosiyalara malik olmağını tərənnüm edir.Yəni Xalidə Hicran oxucularını yalnız savadlı, bilikli, elmi, bir insan kimi görmək istəmir, həm də onları yüksək mənəvi dəyərlərə, zəngin inkişaf etmiş hisslərə və digər insani keyfiyyətlərə sahib olan və cəmiyyətə xeyir verən bir şəxsiyyət kimi təsəvvür edir.
Ardı var...