Qubada ağır qəzada iki nəfər öldü - TƏFƏRRÜAT

Sadə xəbər
GÜNDƏM 22.06.2025 2786

Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Saat24.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib və "Opel" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.



Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Ramin Sədr oğlu Baxışovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəza nəticəsində iki nəfər vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 






 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top