50-yə yaxın arı ailəsi məhv edilib – sahibkar: “Bu sadəcə təsadüf deyil, bu düşmənçilikdir!” deyə Saat24.Az-a fermer Vəli Cavadlı məlumat verib.
Zərdab rayonunun Türyançay ərazisində yerləşən “Turan Arıçılıq Təsərrüfatı” 20 iyun gecəsi naməlum şəxslərin qəddar hücumuna məruz qalıb.
Gecə saatlarında zəhərli maddə səpilib, nəticədə 50-yə yaxın arı ailəsi qırılıb. Arıçılıqla illərlə məşğul olan təsərrüfat sahibi Vəli Cavadlı baş verənləri təsadüf saymır:
> “Dağlıq əraziyə köç etməyi planlaşdırırdıq. Gecə gəlib zəhər atıblar. Səhər açılan kimi gördük ki, arılar tələf olub. Bu, sıradan bir hadisə deyil – zəhmətimizə qəsddir!”
İlkin hesablamalara görə zərər 10 min manatdan artıqdır. Amma maddi itkilərdən də betəri – bu hadisənin təbiətə, kənd təsərrüfatına və biozəncirə vurduğu zərərdir.
Arılar yalnız bal istehsal etmir – onlar kənd təsərrüfatında məhsuldarlığın təməlidir. Bu cür hücumlar bütün bölgənin ekologiyasına mənfi təsir göstərir.
Amma ümidsizlik yoxdur! Təsərrüfat sahibi bildirir ki, bu zərbəyə baxmayaraq işlərinə davam edəcək, əzmlə çalışacaq və xeyriyyəçilik ənənələrini davam etdirəcək.