
İranın İsrailə 27 ədəd raketlə endirdiyi zərbədən sonra 23 nəfər yaralanıb.
Saat24.Az xəbər verir ki, bu barədə "Baku TV"-nin İsraildən yayımladığı xüsusi reportajda bildirilir.
Məlumata görə, yaralılardan 2 nəfərinin vəziyyəti ağırdır.
Qeyd olunur ki, Təl-Əviv və Hayfada raketlər yaşayış evlərinə dəyib. Təl-Əvivdə iki bina tamamilə dağılıb. Yaralananların hamısı dinc sakinləridir və onların sayı artır.
