
"Azərbaycanda ümumi təhsil sahəsində ciddi problem müşahidə olunmur".
Saat24.Az xəbər verir ki, bu fikri ADA Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazirin sözlərinə görə, ölkədə uşaqların 99.9 faizi ümumi təhsilə cəlb olunub:
"Əsas çətinliklərimiz xüsusi təhsillə bağlıdır. Valideynlər fiziki məhdudiyyətli uşaqları məktəbə yönləndirmədikdə onlar təhsildən kənarda qalırlar. Vaxtilə ev şəraitində fəaliyyət göstərən fərdi məktəblərimiz var idi, lakin biz həmin məktəbləri artıq bağlayırıq. Bu məktəblərdə daha çox korrupsiya halları aşkarlanırdı".
Nazir əlavə edib ki, Azərbaycanda təhsil almaq istəyən hər bir uşaq üçün məktəb və müəllim mövcuddur.