İcra başçısı müavinini vəzifəsindən azad etdi

Sadə xəbər
CƏMİYYƏT 24.06.2025 3918
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.
 
Saat24.Az xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.
 
Xatırladaq ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top