Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb

Sadə xəbər
CƏMİYYƏT 13.05.2025 3253

Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb.

Oxu.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.

Bildirilib ki, hesabat ilində pornoqrafik məlumatları və əşyaları qanunsuz yaymağa görə 8, əxlaqsızlıq yuvaları saxlamağa görə 21, fahişəliyə cəlb etməyə görə 70 cinayət törədilib.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Mərahim Nəsib

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top