
Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.
Saat24.Az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.
Günün ikinci görüşündə, saat 20:00-da "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür.
Misli Premyer Liqası
IV dövrə, XXXIV tur
11 may
18:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu
20:00. "Qarabağ"- "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Azərsun Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.