İspaniya La Liqası: Arda Güler möhtəşəm qol vurdu, "Kral klubu" qələbəyə sevindi

Sadə xəbər
idman 04.05.2025 3094

İspaniya La Liqasının 34-cü turu çərçivəsində "Real Madrid" evdə "Selta Viqo"nu qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma "Kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 3:2.

Görüşdə hesabı 33-cü dəqiqədə Arda Güler möhtəşəm qolla açıb. Kilian Mbappe 39 və 48-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.

Üç qol üstünlüyünə malik Madrid təmsilçisi ardından iki qol buraxıb. 69 və 76-cı dəqiqələrdə müvafiq olaraq, Xavi Rodriges və Uillot Svedberq fərqləniblər.

Xallarını 75-ə çatdıran "Real Madrid" birinci pillədəki "Barselona"dan dörd xal geri qalır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top