Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

Sadə xəbər
idman 11.05.2025 3095

"Hamburq" futbol klubunun qələbəsi şərəfinə Almaniyanın eyniadlı şəhərində keçirilən mərasimlər zamanı 44 azarkeşə tibbi yardım göstərilib.

Saat24.Az "Tagesspiegel"ə istinadən xəbər verir ki, bir nəfər həyatı üçün təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 19 futbol azarkeşi ağır, 5 nəfər isə yüngül xəsarətlərlə yaxınlıqdakı klinikalara müraciət edib.

Bildirilir ki, tamaşaçılar tribunalardan meydançaya tullanıblar. Bundan əlavə, bəziləri matçdan sonra baş verən dava-dalaş nəticəsində xəsarət alıb.

Xatırladaq ki, ötən gün "Hamburq" "Ulm" klubu ilə oyunda 6:1 hesabı ilə qalib gəlib və Bundesliqaya vəsiqə qazanıb.

XƏBƏR LENTİ
12.05.2025 2204

DİGƏR XƏBƏRLƏR

Loading
Top