Makron: "Putin vaxt qazanmaq istəyir"

Sadə xəbər
DÜNYA 11.05.2025 3193

"Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təklifi ilk addımdır və yetərsizdir".

Saat24.Az "France 24" telekanalına istindla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O, digər Avropa liderləri ilə Ukraynaya səfər etdikdən sonra Polşada jurnalistlərə bildirib ki, qeyd-şərtsiz atəşkəsdən qabaq danışıqlar olmur.

Fransa prezidenti əlavə edib ki, V.Putin çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.

Qeyd edək ki, V.Putin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif edib.

XƏBƏR LENTİ
12.05.2025 2204

DİGƏR XƏBƏRLƏR

Loading
Top